Mən olduqca heyvansevər insanlardanam. Hal-hazırda ailəmlə qaldığım üçün evdə heyvan saxlamaq üçün limitlərim var. Düşünürəm ki (və ya ümid edirəm smile ifade simgesi ), gələcəkdə bu limitlərdən qurtulacağam.
İllərdir istər balıq, istər quş, istərsə də pişiklərim üçün zoomaqazinlərə gedəndə qarşıma mütləq rusdilli satıcı(lar) çıxır…
Bu barədə demək olar ki, düşünmürdüm. Lakin bu gün artıq buna vaxtımı sərf elədim.
Hər zamankı kimi, zoomaqazinlərdən birinə girdim.
-Salam..
-Здравствуйте
-Mənə pişiklər üçün tük tökülməsinə yardımçı ola biləcək….
-Извините .. Я не понимаю…
Sonrasını təsəvvür edirsiniz məncə 🙂
Rus dilində yaxşı olmadığımı üstəgəl bir az komplekslərimin də olduğunu nəzərə alsanız yaşadığım vəziyyətin yanaqlarımı necə qızartdığını artıq anlamış olarsınız.
Satıcı oğlan tam rus dilli idi və Azərbaycanda yaşamasına baxmayaraq sadəcə salam, sağol sözlərini bilirdi. Söz yox, biz bir-birimizi başa düşməyə çalışdıq və mən mənə lazım olan məlumatı ondan ala bildim. Lakin mağazanı tərk etdikdən sonra, əməllicə düşündüm.
İndiyə kimi girdiyim zoomaqazinlərin demək olar ki, 99%-də məni rus dilli(çoxu rus) insanlar qarşılayıb. Ya bizim millətdə heyvan sevgisi o qədər azdı ki, zoomaqazin idarə etməyə həvəsləri yoxdur, ya Azərbaycanda heyvan saxlayan insanların əksəriyyəti rus dillidir (bəli bu həqiqətən belədir), ya da olsun ki, heyvanlar təkcə rus dilini anlayır 🙂






Bir şərh yazın