Bilmirəm nəyi gözləyirdim, lakin düşünürəm artıq “Arzunu söylə” barədə yazmaq vaxtıdır.
Murad Seyidovun mənə layihənin ideyası barədə məlumat verdiyi günü xatırlayıram.. Geniş müzakirələr və hədəflər..
Etiraf etməliyəm ki, bu mənim sözün əsl mənasında hər anında iştirak etdiyim ilk layihə idi..
Talassemiya Mərkəzində onlara “Arzunu söylə” dediyim an, hər birinin “Xəstəlikdən qurtulmaq” deməsi necə üzücü idi, hər halda təsəvvür edə bilərsiniz. Körpə ürəklərinə xəstəliklərinin dərdi oturmuşdu. Onların əksəriyyəti başqa arzuları unutmuşdular.
Qəhrəmanımız Nuray…Utancaq qızımız… Rəqsi sevirmiş və məşğul olurmuş.. Söhbət əsnasında öyrəndim ki, bir çox bacarıqlara sahibdir. Oksana Rasulovanı görmək idi arzusu… Sual verəndə ki, onu görsən nə edərsən? Cavab verdi ki,  sevinərəm….
Sürəyya..şirin qızımız..
yaxınlaşıb, hal əhval tutduqdan sonra “Arzun söylə” dediyim də “Türkiyəyə səyahət etmək” dedi.. Gülümsədim.. Nə yalan deyim Sürəyyanın üzündə inamsızlıq hissi var idi. Sonra özü də təsdiq etdi ki, inanmırdım ki, bu baş tuta…
Bilal..Onun yeri məndə tamam ayrıdır… Bilal olduqca səmimi və mehriban uşaqdır. Ən böyük arzusunun sağalmaq, ikinci arzusunun isə Nadir Qafarzadəni görmək olduğunu bildirdi. Sual verəndə ki, onu görsən nə edərsən, sevinəcəyini və onunla dost olmaq istədiyini söylədi.
Əslində arzular tükənməzdir. Biz reallaşdıra bildiklərimizi reallaşdırmağa çalışdıq.
Etiraf etməliyəm ki, bir çox sənət adamı ilə əlaqə qurmağa çalışdım (adlarını söyləmək istəməzdim) . Bəziləri ölkə xaricində oldu, bəziləri tətildə, bəziləri isə vaxtın olmadığını söylədi.. Nə dərəcədə doğru idi bilmirəm.
Lakin, onların arasında iki nəfər var idi ki, həmin an razılıq bildirdilər. Oksana xanım Talassemiyalı xəstələrə qarşı olduqca həssas idi. Dönə-dönə bu layihədə iştirakın onu sevindirəcəyini bildirdi.
Nadir bəy isə 🙂 Onunla gecə saat 2-də ATV-nin  qarşısında danışa bildik. Bizi dinlədi və mütləq Bilal üçün gələcəyini bildirdi.
Və layihənin çəkilişlərinə start verildi.. Sizə hər bir qəhrəmanımız üçün hazırladığımız ssenarilər haqqında qısaca danışmaq istərdim 🙂
Qeyd edim ki, qəhrəmanlarımızın qətiyyən heç bir şeydən xəbəri yox idi.
Əkbərli Nuray – anası ilə gizli danışıqlar aparmışdıq. Plana görə həmin gün Nuray ailəsi ilə gəzintiyə çıxmalı idi. Özsüt Restoranında anası ilə əyləşməli, daha sonra anası bir bəhanə ilə masanı tərk etməli və Oksana Rasulova Nuraya gizlicə yaxınlaşmalı idi. Elə də oldu 🙂
Yolçuyeva Sürəyya – Sürəyanın anasının hər bir şeydən xəbəri var idi. Plana əsasən o gizlicə çantaları hazırlamalı və evdə gizlətməli idi ( təbii ki, bizim yerdən xəbərimiz var idi və evin açarları bizdə idi). Uçuş günü Sürəyyaya kiçik bir yalan söyləməli idi ki, onunla bərabər hava limanına gəlsin.(Yalan: rusiyadan qonaq gəlir, qarşılamaq lazımdır)
Sonrasını təxmin edirsiniz məncə…
Nəcəfov Bilal- Bu plandan onlar tamamilə xəbərsiz idilər. Plana əsasən biz sadəcə dostluq görüşü keçirirdik. Selfie çəkilişi zamanı Nadir Qafarzadə arxadan yaxınlaşaraq kadra daxil olmalı idi..
Və nəticə :)…
Hər bir görüşdə həyəcan, sevinc və fərəh hissi..adlarını qeyd etmədən keçə bilmərəm. Məhəmməd Huseynov, Əminə Heybətova, Murad Seyidov.. Hər birinin əməyi əvəzsizdi…
Və bir də “Azərsüd” ..
Layihə bu gün işıq üzü görübsə, 3 qəlbin sevincinə on minlərlə qəlb qoşula bilibsə, “Azərsüd”ü təbrik etməmək mümkün deyil…
Layihənin video çarxını izləyən hər kəsdən eşidilən xoş sözlər, arzular əslində gördüyümüz işin uğur sədalarıdır. Düzdür deyiblər ki, mənfi olmalıdır ki, müsbət üçün çalışasan..Lakin, mənfi rəy almamaq nə deməkdir, onu bilmirəm 🙂
Bəli sevinirəm, sevinirəm ki, daima başqa ölkələrdə gördüyümüz və paylaşarkən başlığına “Kaş Azərbaycanda da bu tip layihələr olardı” yazıdığımız bir işi ərsəyə gətirdik. Səmimi, yalansız və olduğu kimi. Dəyərləndirmək, təndiq etmək və ya pisləməkdə hər kəs sərbəstdir. Əsas odur ki,biz bunu bacardıq… sosialmedia.az bunu bacardı…
Yeni arzulara yenidən yelkən açacağıq…
ardı var….

Bir şərh yazın