Açıq aydın söyləyirəm..
Mən hamıdan incimişəm…
İncimişəm dostlarımdan…
Yalan deyən dodaqlardan
Həyatıma girib çıxan
Yerli yersiz qonaqlardan…
Fəsillərdən incimişəm…
Soyuq qışı tez gətirən
yazdan, yaydan incimişəm..
Taleyimdən, qismətimdən,
yazı yazan qələmimdən…
Məhəbbətdən, xoşbəxtlikdən..
Mən özümdən incimişəm..
.





Bir şərh yazın