Edamı gözləyən məhkum kimiyəm
Günahım boynumu çoxdan aşıbdır.
Özümə deyirəm: mən də kişiyəm?
Ürəyim sevsə də, ağlım çaşıbdır.
Qəbahətim böyük, çətindir mənə
Şeytanın yoluna uydum bir anlıq
Qadınım, xəyanət eylədim sənə
İşıqlı dünyama çökdü qaranlıq.
Üzümə gülürsən hər səhər mənim
Özünü ömrümə qurban deyibsən
Bilmirəm nə idi günahın sənin..
Mənimtək alçağı niyə sevibsən?
Bağışla sən məni, ey vəfadarım
İlahi gör sənə nələr eylədim?
Bəxtimə yazılan dövlətim, varım,
Əhdimə sadiqlik edə bilmədim.





Bir şərh yazın