Hamımı dəyişir? Xeyr, əslində  heç kim dəyişmir…

Sən doğulursan, formalaşırsan…Danışığın, duruşun, baxışın, yeriyiş  tərzin, dünyaya baxışın formalaşır…Sevirsən, nifrət edirsən. Fərqli yaranırsan əslində bu dünyaya gələndə. Sən özün olursan, sən özünlə xoşbəxt olursan. Sən özünü belə sevdiyin halda, başqaları səni belə sevmir. Hərə bir şeyini sevmir və açıq aydın “dəyiş” deyir. Bəlkə də xeyrinə deyilmiş sözlər də olur aralarında. Amma nə fərqi, dəyişdirirlər səni. Dəyişdirmək istəyirlər. Sən dəyişirsən.

Sən əslində toxunmuş xalçasan və birdən-birə ilmələrini kimlərsə başqa formaya salmaq istəyir. Amma unudurlar ki, forma dəyişsə də material olduğu kimi qalacaqdır.

Hər şeyin dəyişsə də hisslərin, əsl hisslərin dəyişmir. Sənin doğruların, səhflərin həmişə səndə qalır. Sən sadəcə başqaları üçün onu gizlədirsən. Maskalara bürünürsən..

Ta uşaqlıqdan valideynlər, müəllimlərin, böyüdükcə dostlar, həyat yoldaşı, hətta uşaqların…Hamı səndə nəyisə dəyişdirir və ya dəyişdirdiyini sanır. Bir gün əsl səni görəndə, əsl sən dilə gələndə təəssüf içində bunu eşidirsən..

“Sən axır günlərdə yaman dəyişmisən”…

2 responses to “Sən axır günlərdə yaman dəyişmisən”

  1. Ta uşaqlıqdan 😂

    Bəyən

  2. […] Həqiqətən,çox yazısını oxudum,anladım ki,boş yazmır) Oxumağa vadar edir) Misal 1 , Misal 2, Misal 3. Yazılar üçün […]

    Bəyən

Bir şərh yazın