25 yaşım tamam oldu bu gün.
İnanmağım gəlmir sözün düzü.
Uşaq vaxtı (7-8 yaş) bir mahnı qoşmuşdum özümə. Melodiyasını burdan sizlərə çatdıra bilməsəmdə sözləri belə idi :
“Bu gün mənim şad günümdü, ad günümdüüüü”
Hər il oxuyardım bunu. Daha sonra tərgitdim bu xasiyyətimi. Mahnını unutmadım amma oxumağı unutdum. Özümü aldatdığımı düşünməyə başladım. Çünki ortada şad ola biləcək heç bir şey yox idi…
İndi o uşaq böyüyüb 🙂
Yenə bir yaşa doldum..
Bir neçə il əvvəl belə bir cümlə qaralamışdım bir kənara..
“Qazandıqlarımın itirdiklərimə olan nisbəti 1-i keçmir”
Bəli itirmişəm, itirəcəyəm də… Amma eyni zamanda qazanıram da. Qazandıqlarımın itirdiklərimə nisbəti 1-i keçməsə də, qazandıqlarım hər şeyə dəyər. Çünki mən qazanmaq üçün itirmişəm…
Bu gün deyilən arzular, edilən jestlər, yazılan təbriklər…
Qazanıbmışam… Ən əsası mən sevgi qazanıbmışam.. qalan hər şey boşdu…
Həəə bax belə 🙂
Günel, səni təbrik edirəm 🙂
Uzun illərdə gözüm yoxdu. Mənim istədiyim gözəl illərdi.
Gözəl illərim olsun…
25 il, salamat qal 🙂

Bir şərh yazın