Qadın, getmə
Şəhər sənsiz qala bilməz
Saçlarına sığal çəkən xəzri sənsiz əsə bilməz…
Getmə,
gedişinlə boran gələr
Şaxta gələr..
Tufan gələr..
Mən özümü düşünmürəm..
Məhəbbəti düşünmürəm…
sənsiz təhna gecələrdə axıtdığım göz yaşını düşünmürəm..
Mən dözərəm yoxluğuna,
alışaram tənhalığa..
Mən şəhəri düşünürəm…
Ləpələri rəqs eyləyən Xəzərimi düşünürəm…
Qadın, getmə…
Heç olmasa onlar üçün,
mən sənsiz qoyub getmə…

Bir şərh yazın