Ehhh..
Yenə qapısını açdım bu boş evin…Niyə açarla bağlayıram, anlamıram özümü..Hə..həə.. sabahdan bağlamayacağam qapını.
Bu evdə oğurlanası nə qalıb ki?
Uzun zamandır qoxu gəlmir bu evdən. Nə bişmiş yemək qoxusu, nə də çiçək qoxusu..
Divarlar.. Çərçivəsiz, rəngsiz…
Dayan e… Deyəsən mənə oxşayır bu ev… Bəlkə ona görə ayrıla bilmirəm bu zəhlətökən evdən?…
Bilmirəm..
Amma bu evdə yalqızdı, mən də yalqızam..

Bir şərh yazın