Zaman mənimlə oynadı, mən zamanla.. və O, qalib gəldi.. Kecirdiyim hissləri, düşündüklərimi həyata kecirməyə zamanım qalmadı. Mən əzəldən xərcləyə bilmədim, bölüşdürə bilmədim nə zamanımı, nə də sevgimi..

Hər şeyin başlanğıcı və sonundan başlamaq istəyirəm. Ondan..

Bəzən özümdə çaş-baş qalıram necə olur ki, qanından olmayan birinin nəfəsindən ötrü darıxırsan, onun içdiyi suyun bir damlasını udmaq üçün can verə bilərsən. Bəlkə ilahi eşq, bəlkə də vurğunluq, bəlkə də sadəcə dəlilik. Amma dəqiq bir şey var bu insanı dəyişdirir və sən o sən olmursan.

“Sevgi dirilik deyil, ölümün ilk addımıdır”.

O işə yeni girmişdim. Sevirdim vərəq qoxusunu. Çap makinalarında işləmək yorucu da olsa maraqlı gəlirdi.. Mən yazmağı sevirdim. Bəlkə də bu səbəbdən vərəqlərə ayrı bir sevgim var idi. Ən gözəl əlbisəmi geyinmişdim. İlk iş , ilk uğur nə yalan deyim bəlkə də ilk sevgi… Min bir ümüd və xəyalla başlayırdım işimə.

“Bəzən istəklərimizin əsirinə çevrilmək ücün əlimizdən gələni edirik”..

O orada idi.. Masasında əyləşmişdi, həmşəki kimi kostyumda.. Qarşısında vərəqlər nələrisə hesablayırdı.. Başını qaldırdı mənə gülümsəyərək salam verdi. Ürəyim əsdi… azca gülümsünüb keçdim…

“Bəzən gülüşlərə aldanırıq”..

Gördüklərimiz bəlkə də görmək istədiklərimiz idi..

 -“Səni sevirəm”

…… Sükut…

-“Mən də səni sevirəm”…..

Sonun ilk addımları atılmışdı… zamanla yarışırdıq sanki… Məğlub olacagını bilə bilə oynamaq.. Özdə böyük bir həvəslə əzmlə oynamaq. Onu hiss edirdim hər zərrəmdə, hər bir hüceyrəmdə.. Yox..yox.. nə mən Leyli idim, nə də o məcnun.. Biz sadəcə Leylini və Məcnunu oynayan iki insan idik. Real idik. Bizdən nə Fizuli, nə də Nizami yazacaqdı.. Biz əsil sevgini yaşayacaqdıq…ağrını…

 “Bəzi insanları yazsan sadəcə iki cümlə olurlar”…

 Biz iki cümlə,olanlardan idik…

Romatizmə gərək yox idi.. Bizdən birimiz ağlayanda, o birimiz də ağlayardı.. Uzun duyğu yüklü cümlələr qurmadan sevirdik… Bütöv idik… Bizi tamamlayan sadəcə gözlər idi…

 “Susmaq bəzən danışmaqdan daha təsirli olur”..

Sirr kimi idi sevgimiz…

İnsanlar ölərkən hiss edirlər. Mən hər gün bir az daha çox hiss edirdim öləcəyimizi.

-“Bitdi”

-“…..”

-“Alınmadı nə edə bilərdik”

-“Başa düşürəm”

Bəzən artıq sözə ehtiyac duyulmur. Yəni nəsə deməyin mənası olmaz. Axı bir insan öləndə ona demək nə demək olar ki? Özünə yaxşı baxmı? Yoxsa özündən muğayət olmu? Heç nə demək olmur.. Sadəcə göz yaşı….

“İnsanlar bəzən sevgilərini gedərək sübut edirlər”.

 Yaşadıqlarıma ad qoya bilmədən ölmüşdü hər şey. Sona catmışdıq…

Bu gün təkəm. Çap makinalarını daha cox sevdim… Vərəqlərə isə aşiq oldum…. İşi tərk etmə ərizəsində ikimizdə sadəcə bunu yazmışdıq.. “Üzürlü səbəbə görə”….

Üzrlü idi… Üzr istəyirdik… Biz sadəcə bir birimizdən üzr istəyirdik, bəlkə də hansısa qovuşa bilən cütlükdən…bilmirəm…

“Xoşbəxtlik və bədbəxtlik yoluxucu xəstəlik kimidir”…

Biz bir-birimizə nə yoluxdurduq bilmədim…

Bir yola cıxmışam.. Nə necə olacaq bilmədən gedirəm…mənim hekayəmdə qalib sadəcə zamandır…

Mən yalnış insanla dogru zamanda yox.. Dogru insanla yalnış zamanda rastlaş

Bir şərh yazın