Sakitlik istəyir bu dəli könlüm,
Bir küncdə oturub qalmaq istərəm.
Məni məhbus edən düşüncələrin
İçindən qışqırıb qaçmaq istərəm,
Sadəcə səssizcə ölmək istərəm.
***
Aylı bir gecədə, göy çəmənlikdə
Bəyaz ulduzlara baxmaq istərəm.
Bir dəli həvəslə, bir dəli eşqlə
Mavi dalğalara batmaq istərəm..
Sadəcə səssizcə ölmək istərəm.
***
Ey fələk, qərarın çox ağır oldu
Yazdığın yazını pozmaq istərəm,
Dostumu düşmandan seçə bilmədim
Bax belə dostları atmaq istərəm
Sadəcə səssizcə ölmək istərəm.
***
Canımı incidən hər kəliməni
Beynimdən mən silib atmaq istərəm.
Unutmaq olmasa dərdi, azarı
İçkini, siqarı dadmaq istərəm
Sadəcə səssizcə ölmək istərəm.





Bir şərh yazın