Salam,
Necəsən?
Mən yaxşıyam.. Hətta əla da demək olar..
İşlərim qaydasındadır. Yaxşı qazanıram, gəzirəm, yeyirəm, içirəm. Hər gün dostlarımla əylənirəm. Qısacası xoşbəxtəm..
Anam da yaxşıdır. Hərdən səni soruşur. Deyir guya sən olanda daha çox xoşbəxt idim.
Fikir vermirəm dediklərinə. Yaşlı qadındır. Danışır da..
Sən necəsən? Eşitmişəm evlənmisən… Təbrik edirəm..
….Mən pisəm..Hətta çox pisəm..İşdən qovuldum əslində. Gəzirəm boş-boş. Hər gün bir dostuma zəng edirəm. Hər birinin öz işi, ailəsi var. Beziblər məni dinləməkdən. Hamı sən deyil ki..
Qısacası bədbəxtəm..
Anam heç yaxşı deyil. Hərdən səni soruşur.. Deyir mən səndən də yaxşılarına layiqəm. Guya öz ağlınca ürək dirək verir mənə.. Gizlicə ağladığını görürəm..
Sən necəsən? Eşitmişəm evlənmisən…Təbrik edirəm…
Sadəcə darıxmışdım… gecikmiş məktuba görə üzr istəyirəm…


İtirdiklərimizi bir daha qazana bilmək üçün həyat bizə şans versə də, zaman o şansı vermir…

Bir şərh yazın