Sabahın xeyir olsun
Bu səhər də oyanıb,
Sənin bağlı nömrənə
Mesaj atdım yenə mən
Oyandırdım yuxudan
Səni öz xəyalımda
Sən mənlə olmasan da…
Getdiyimiz o parka yenə bir də gedəcəm.
Çöldə narın yağış var.
Çətir götürməyəcəm
Sənlə o vaxtki kimi
İslanacam yağışda
Sən mənlə olmasan da…
Axşam süfrə quracam.
Ən gözəl əlbisəmi
Bu gecə geyinəcəm
İki şam və bir mahnı
Bir də
qırmızı şərab
Səndən qalan qalan bir pencək
qarşı oturacaqda
Sən mənlə olmasan da…
Yaşayacam bir təhər
bi az acı, bir az qəm,
bir az sən
bürüsə də qəlbimi
yaşayacam, sevgilim, ikimizin yerinə
Sən mənlə olmasan da…





Bir şərh yazın