Nə yorğun baxır baxışların bu gecə
Sanki dərin dənizlərə qərq olmusan.
Dalğalarla yoğrulmusan..
Günəşlərdə qovrulmusan..
Sanki…
Sanki ürəyində fırtınalar qopur sənin
Boğazında düyünlənir kəlmələrin..
Qışqırmağa gücün yoxdur..
Baxışınla qışqırırsan..
Sanki ruhun səndən üz döndərib
Dalaşmısan xəyallarla, arzularla
Uduzmusan..
İtirmisən..
QADIN, sanki məndən incimisən…





Bir şərh yazın