Uzun gecələrdə, tənha küçələrdə, bəzən…
bəzən də cümlələrdə
sənsiz qala bilmədim…
Bacarmadım…
alışa bilmədim yoxluğuna,
oturduğun skamyada gözüm səni axtardı…
Alınmadı…
Başa düşürsənmi?..
Başa düşürlərmi görəsən?
Məndə sənsiz alınmadı…
Yuxularımı kimsələrə danışa bilmədim…
İçində sən olan heç bir şeyi unuda bilmədim
Yaza bilmədim daha heç bir cümlə vərəqlərdə
Şeirlərdə itdin sən
Yox oldun keçmişimdə…
Bilmədim…
Nə sənli, nə də sənsiz,
xoşbəxt ola bilmədim…





Bir şərh yazın