Bu şəkli 2015-i qarşılayarkən çəkdirmişdim 🙂
Yeni ili sevirəm. İşıqlarını, rənglərini, inanclarını, sevincini.. Uşaq vaxtı sevməzdim bayramları. Yaşa dolduqca Yeni ili sevdim. Dünyada rəqəmlərin dəyişməsi bir başqa həyəcanlar gətirir. Ümid edir insan yenidən..
Bir neçə gün sonra 2016 gələcək.
Mən qoroskopa inanmasam da, bürclər və onların xarakteristikasına inanıram. Əqrəb bürcüyəm. 2015-in əqrəblər üçün inanılmaz uğurundan ağız dolusu danışanların hamısını məmnuniyyətlə bir yerə yığıb “Ayıbdır, Yekə kişisiniz :)” demək istəyərdim.
Nələr yaşadım deyə arxaya baxdıqda nə yalan deyim məyus oluram. 2015-in ilk günündən ta son günlərinə kimi nəsə həmişə pis getdi.
Amma yaxşı şeylər də oldu. Yaşanan pis hadisələr mənə təcrübələr qazandırdı. Həyatıma yersiz yerə girən insanları sildim. Onların əvəzinə yeni dostlar gətirdim.
Böyüdüm bir neçə yaş, Anladım ki, insan bir dəfə doğulur və bu şans bir daha verilmir. Kimsə amma heç kimsə bu şansdan önəmli deyil.
Üzücü və yorucu bir il oldu.
Səbrsizliklə 31 dekabr 23:59-u gözləyirəm..
Çünki Sevmədim səni, 2015…






Bir şərh yazın