Zaman keçir aşınıram….
köhnəlirəm…
xatirəyə qarışıram…
işə bir bax
yoxluğuna alışıram…
zaman keçir
səssizləşir nəğmələrim..
şeirlərim
cümlələrim
dilə gəlmir…
yalan olur sevmələrim….
zaman keçir
yox oluram
zərrə zərrə
dilim dilim
parçalanıb puç oluram..
heç oluram..
sənsizliklə səssizliyə
dost oluram….
zaman keçir …
gülüşümü unuduram.
göz yaşımı unuduram…
hətta bəzən bir küçədə…
mən özümü unuduram….
bircə səni…
unutmuram…
di gəl sən
bir işə bax ki…
yoxluğuna alışıram…….

Bir şərh yazın