Yat, şəhər..
Qaranlıq düşdü..
Zülmətə döndü arxa dalanların…
Yenə çəkildi evlərinə insanlar.
İşıqlar söndü evlərdə,
qoydu başını yastığına, yumdu gözünü vicdanlar…
Yuxularda qovuşdu sevgilər..
Bəziləri heç yuxuda da qovuşa bilmədi…
Bəzi pəncərələrdə közərən siqaretin işığı,
Bəzilərində bir cüt parlayan göz qaranlığa qarışdı..
Yatmadı kədərlər…
Sən yat, şəhər..
Qoy başını Xəzərin ləpələrinə..
Laylay desin sənə küləklər…
Bacarsan… Bacarsan bir də oyanma..
Apar yuxularına bizləri..
Basdır xəyallarında..
Yat, şəhər..
Sən yat ki, mən də yatım..





Bir şərh yazın