Yağış yağır..
damlalar pəncərimi döyür.
mən baxıram küçəyə
nə gələn var, nə gedən,
nə də qapımı döyən

Sən məndən gedən gündən…

üşüyürəm…
günəş doğmur qəlbimə.
canım yaman ağrıyır

yoxdur daha ürəkdən mənə ,ay canım, deyən

Sən məndən gedən gündən…

Ölürəm

hər gün bir az, daha çox.

əriyirəm şam kimi.
fərqim yox pərvanədən,
diri olan ölüdən
Sən məndən gedən gündən…

Bir şərh yazın