Ayrıldıq, bu sənə son sözüm olsun:
“Məndəki sevgini axtaracaqsan.
And içdim Allaha, agahın olsun,
Mənimçün hər gecə ağlayacaqsan.
****
Sənə dərs keçəcək zaman mənimlə,
Bəxtini bağladın öz əllərinlə,
Gəlmərəm yadına xoş günlərində,
Amma pis günündə arayacaqsan.
****
Əhdini pozdun sən, sənə ar olsun.
Sənin də qəlbinə kədər, qəm dolsun.
Sevdiyin sevməsin, nigaran qoysun.
Bax, onda sən məni anlayacaqsan.
****
Bir sevgi payıydım düşmüşdüm sənə,
Qədrimi bilmədin, çırpdın yerlərə.
Başın daşdan-daşa dəyəndə yenə,
Özün öz qəlbini danlayacaqsan
Məni pis günündə arayacaqsan”.





Bir şərh yazın