Qurumuş bir çiçək şahid dayanıb..
Oxunmuş kitabın vərəqlərində…
Keçmişi şillə tək vurur üzümə
İlişib qalıram xatirələrdə…
***
Özündə saxlayıb bu quru çiçək
Bir ömrə sığmayan məhəbbətimi
Rəngini itirib ləçəkləri də,
Necə ki, itirdim səadətimi…






Bir şərh yazın