Dərdi verən Allah dərman vermədi
Naəlac qalmışam, dadıma sən gəl..
Xoşbətlik gen gəzdi mənə gəlmədi
Bəxtimdən küsgünəm, payıma sən gəl.
***
İtirdim gülümü, görən kim dərdi?
Kimə söyləyim mən bu ağır dərdi,
İnan ki hər kəsim, gəldi-gedərdi
Ölsəm ağlamağa qəbrimə sən gəl
***
Gözümdən yaşlarım bir-bir axanda
Qəmlənib kənarda tənha qalanda
Gecələr yanımda biri yatanda
Nolar heç olmasa yuxuma sən gəl.
***
Sənsiz yaşayacam, sənsiz qalacam
Hərdən dostlarından səni soracam.
Qocalsam keçmişdən söhbət salacam
Bax onda yenə də yadıma sən gəl.
Eşitsən xəstəyəm, yanıma sən gəl…





Bir şərh yazın