Vaxt gelib,yetişdi gedirəm artıq.
İnsafsız, vəfasız mən olacağam
Səninlə xoş günlər gördük, yaşadıq
İndisə pis günün mən olacağam
****
Qəbrimin üstündə ahu-zar etmə
Axan göz yaşında mən olacağam
Qəmlənib xəyala, sən fikrə getmə
Yanında gerçəyin mən olacağam
******
Göz yaşı tökmə sən tənha yataqda
Yastığın, yorğanın mən olacağam
Dərdlənib siqaret çəkmə qıraqda
Yayılan tüstü də mən olacağam
******
Bilirəm unuda bilməyəcəksən
Qəlbində həmişə mən olacağam
Soz ver ki,ey yarım, evlənəcəksən
Balaca körpəndə mən olacağam
Ruhumla hər zaman var olacağam





Bir şərh yazın