Mənim də var
yaşamaqçün səbəblərim.
Doğulmuşam bu dünyada,
nə fərqi var istədim, ya istəmədim,
verilibdir bir yol mənə,
yeridim, ya yerimədim.
Mənim də var ölüm qorxum.
Bu səbəbdən heç bir zaman
çəkəmmirəm öz ipimi
çagırmıram əcəlimi.
Dünya şirin,canım şirin
üzəmmirəm bu həyatdan mən əlimi.
Mənim də var nakam qalan arzularım,
heç birinə çatmamışam.
boğazımda düyün olan
cümlələrim, kəlamlarım.
xoşbəxtliyin qanadıyla
uçmamışam.
Mənim də var yarım qalan məhəbbətim
gecələrcə xəyal qurub
düşünmüşəm mən yarımı.
şam olmuşam,
guya məndə ərimişəm, ağlamışam
sızlamışam eşqim üçün…
sonda məndə öz eşqimi unutmuşam.
Mənim də var
söylədiyim ayaq tutub yeriməyən
neçə-neçə yalanlarım.
Mənim də var
Üzdə gülən tanışlarım, sirdaşlarım
yeri gəlsə kürəyimdən vurub qaçan can dostlarım
mən insanam
günahlarım, xətalarım mənim də var…





Bir şərh yazın