Oğlanlar oxumasın 🙂
Salam,
sən də məndən birisən. Aynaya baxanda sən də mənim kimi birinci gözlərinə baxırsan. Sənin də qayğıların var..
Nə bilmək olar, bəlkə də məndən də çox..
Dünənin yorğunluğu yoxdu səndə, Çünki səndəki yorğunluq illərin yorğunluğudur. Amma buna baxmayaraq, sən bu gün də, sabah da çox güclü görünürsən və görünəcəksən…
Sənin yumşaq və bəyaz əllərin az silməyib göz yaşlarını, amma öz aramızdır bircə dəfə gülümsəyəndə hər yerdə çiçəklər açdıra bilirsən 🙂 (odur ki, gülümsə)
Ora bura qaçmaqdan, savaşmaqdan, vuruşmaqdan yorulmursan. Bəlkə də məğlubiyyətlərin qələbələrindən daha çoxdur. Amma buna baxmayaraq daima çalışırsan. Sən ümid edirsən..
Sən sevilmək üçün doğulsan da, sevmək üçün yaşayırsan…
Sən də məndən birisən..
Mən də sənin üçün bəzənirəm, sən də mənim üçün bəzənirsən 🙂
Nə olsun dünyanı idarə edənlərin cinsindən deyilik… Amma ikimizdə bilirik ki, onları idarə edənlər bizlər olmuşuq 😉
Sənin də, mənim də ortaq çox şeyimiz var… Eyni zamanda fərqliyik də..
Unutmayaq ki, bizi bizdən başqa kimsə anlaya bilməz..
Bu arada, Günümüz Mübarək 🙂





Bir şərh yazın