Məndən əvvəl gələn qadın
Hey ağladı taleyinə, hey sızladı ötən bədbəxt günlərinə
hey sızladı ötən bədbəxt günlərinə
Məndən əvvəl gələn qadın
heç gülmədi
Qayğı dolu baxışlarla yaşadı o, ömrü boyu.
Məndən əvvəl gələn qadın,
Xoşbəxtliyi heç dadmadı.
Məhrum oldu hər bir şeydən.
Qismətindən qaçammadı.
Məndən sonra gələn qadın,
Sən gül, danış, mübariz ol,
Məndən sonra gələn qadın,
Heç olmasa sən xoşbəxt ol…

Bir şərh yazın