sən mənə yaz
sonrada sil.
razıyam mən.
təki sən yaz…
mən görməyim yazdığını
heç bilməyim,
oxumayım.
ama sən yaz…
olanından, itənindən,
mümkün olsa sevdiyindən…
yaddaşından silinməyim
deyə sən yaz…
mənə olan həsrətindən,
qırmadığın qürurunun
sənə olan əziyyətindən..
üzr istə, könlümü al.
hər cümləndə
bir ömrlük mənimlə qal…
sən mənə yaz…
sonra da sil…
razıyam mən
təki sən yaz…

Bir şərh yazın