Mən böyük şəhərin kiçik insanıyam.
İki dostum var. Biri siqaret, biri isə pencəyim.
Amma ətrafımda bir çox insanın “İki dostum var” cümləsindəki o ikinci dost mənəm. Qardaş, qısacası mən yalnızam…
Çox qovalamışam vaxtı ilə bəzi şeyləri..
Gəncliyimdə sevgimin, daha sonra xoşbəxtliyin, daha sonra uğurun arxasınca qaçmışam. Tuta bilməmişəm heç birini..
Əsil qovalanmalı olan şeyi bilməmişəm..
Bəxt…
Bəlkə onu tuta bilərdim? Onu tutsaydım o birilər onsuzda mənə gələrdilər..
Həmişə belə olmuşam. Boşuna kürək çəkmişəm balaca bir gölün içində. Hansı ki, sahili lap yaxın olub mənə.
Bəzən hekayəsi gözəl bitən insanlara baxıram. Ümid yaranır bir anlıq ürəyimdə həyatıma dair. Sonra sadəcə istehzalı bir gülümsəmə qonur dodaqlarıma..
Lənətə gəlsin….. Bu öskürək də məni lap əldən salıb… Bəzən dostlarımız da incidir..
Bilirəm məni bir qadın yazır indi… Özüm özümü yazmaqdan belə acizəm.. Deyəsən o da özünü yaza bilməyəcək qədər acizdir..





Bir şərh yazın