Bu şəhər deyəsən lap dəli olub..
İtirib başını dar küçələri
Nə dinib-danışır, nə söz söyləyir
Elə hey ağlayır tək gecələri
Bu şəhər deyəsən lap dəli olub
İnciyib dindirmir, biz insanları
Sarıyır, sarıyır, amma bəs etmir
Qanayır yenə də qəlb yaraları..
Bu şəhər deyəsən lap dəli olub
Eşqə, məhəbbətə inanmır daha
Üzüb ümidi saf duyğulardan
Sanki qız olmayıb heç vaxt qalada
Bu şəhər deyəsən lap dəli olub
Ya da biz dəliyik xəbərimiz yox
Yığmışıq sevinci qapı ardına
Üzümüz gülsə də kədərimiz çox





Bir şərh yazın