Çətin deyil…
İnan mənə çətin deyil.
Sadəcə əlini ver və gedək buralardan.
Yum gözlərini, heç açma
Görmə bu dünyanın qışqıran və ağlayan insanlarını
Görmə ümidsiz baxan gözləri
və görmə mənim də qorxduğumu..
Eşitmə nəfəsimin səsini
Hiss etmə titrəyişlərimi
Təslim et duyğularını, arzularını bu dünyaya
Qaytar bütün aldıqlarını
Qaytar əlində sənin olmayan hər şeyi…
Bir ümid saxla ürəyində və bir də sevgi..
Bu diyarın tutqun rənglərini unut
Bəyazı sev..
Bəyazı axtar… Onu arzula..
Qanad açarkən boşluqlara
ruhunu azad burax…
Çətin deyil qurtulmaq..
Çətin olmamalı idi xoşbəxtlik
Və çətin olmamalı idi yaşamaq….
Sadəcə əlini ver….
Və gedək buralardan…
Qorxma..
Çünki mən səninləyəm…

Bir şərh yazın