Otur, qadın..
Otur
Mən gəlmişəm
Çiynimdə yüküm var..
Əllərim qabar-qabar…
Alnıma da qırış düşüb..
uzanmaq istəyirəm
dizlərinə baş qoymaq istəyirəm..
Yorub məni həyat,
yorub məni insanlar,
yorub məni yaşamaq
Günahlarım, xətalarım..
çoxdur, qadın
Çoxdur ağrılarım
Bilirsənmi?
Yuxu görmürəm daha
Yuma bilmirəm gözlərimi
Haraylar eşidirəm gecələr
və bir də
və bir də yetim qalmış xəyallarımın fəryadlarını
Mən öldürülmüş duyğularımı hər gün dəfn edirəm
Qatillər!!!
Qadın, bu dünyada ədalət hanı?
Qadın, danışdığın nağıllardakı 3 alma hanı?
Yalvarıram yenə danış
Yenə inandır məni nağıllara…
Yatmaq istəyirəm..
Nağıl danış…





Bir şərh yazın