Gözündə göz gördüm, əlində yad əl
Söylə, səni necə bağışlayım mən?
Bir yalan söylədin, min ömrə bədəl,
Söylə, səni necə bağışlayım mən?
***
Neyləyim qar yağdı uca dağıma,
Yaş düşdü sel kimi gül yanağıma,
Bir kəlmə yerləşdi dil, dodağıma,
Söylə, səni necə bağışlayım mən?
***
Xəyanət eylədin sevgi taxtıma,
Su tökdün ömrümün nur çırağına,
Sənlə nə işim var, sordum baxtıma:
Söylə, onu necə bağışlayım mən?

Bir şərh yazın