Bayram gəldi yenə təkəm…
Boz küçələr..
Soyuq hava…bir də şəhər…
Qucağında veyil-veyil hərlənirəm…
işıqlarla əylənirəm..
İsti nəfəs həsrətilə bayramımı qeyd edirəm..
Bayram gəldi..
Barışıram..
Öz-özümlə, həyatımla, qədərimlə
barışıram…
Tonqalımı qalayıram ürəyimdə
Dərdlərimi tonqalımla odlayıram..

Bir şərh yazın