İndi bir nömrə de mənə
Unutdursun geridə qalan bütün rəqəmləri..
Dilimin əzbəri olsun…
Sənsizliyimi unutdursun…
və bir azda dərd ortağım olsun..
İndi bir nömrə de mənə getmədən öncə..
Yadımda saxlayım..
Səni özlədikcə o nömrəni yığım telefonumda..
Qorxmadan mesaj ata bilim o nömrəyə
O nömrə sənin olmasa belə….
Sadəcə bir nömrə de ki,
yoxluğunu duymayım…
Xatirələrlə, səslərlə, şəkillərlə, hisslərlə başa çıxmaq asandır. Amma rəqəmlərlə əsla. Yaddaşında rəqəm qoyduğunuz birinə xoşbəxt ol deməyin.





Bir şərh yazın