İndi bir hotel otağında təhnalığın melodiyası eşidilir..
Dırnaqlarında yarı qopmuş qırmızı boyaları, Sarı saçlarına hopmuş siqaret qoxusu…
və bir qadın yalnızlığın bəstəsini yazır …
Bu gün bir müştərisi var.. Odur ki, şərab kimi süzüləcək qan badələrə..
Dünya bu gün susacaq, Bu gecə qırmızı qarayla qovuşacaq..
Bir hotel otağında bir qadın Ölümlə sevişəcək…
Nə böyük xoşbəxtlik…
Bu gün bir fahişə öləcək…





Bir şərh yazın