Ey qafil, sən hardan biləsən axı
Gecəmi gündüzə tay eyləmişəm.
Həsrəti köksümə basıb gizlicə
Bəxtimə qaranı pay eyləmişəm..
İçdiyim şərbət də zəhərə dönüb.
Günəşim qaralıb, işığım sönüb.
Gəncliyim yox olub, belim bükülüb
Sinəmə dərdləri yük eyləmişəm…
Ay ellər, gətirin bəyaz kəfəni..
Daşıyın çiyində cansız bədəni
Bir ağı söyləyin ağlayın məni
Ki, dərdi, azarı necə çəkmişəm?
Necə ürəyimi qan eyləmişəm?

Bir şərh yazın