Nə sən danış nə də mən..
Kəsək səsimizi
Sözümüz qalmasın deməyə
Nə mən ağlayım, nə sən yalvar..
Cibimizə qoyaq əllərimizi..
Sən siqaret çək bir küncdə..
Mən isə yır-yığış edim..
Həzm edək yaşananları..
Qusmayaq..
Çıxım gedim bu evdən
Bu otaqdan.
nə sən “getmə” de
nə də mən qalım..
Mümkündüsə bir az utanaq..
Bir-birimizi unudaq…
və …
Səssizliyi yaşayaq….





Bir şərh yazın