Bu gün bir məclisdə adın hallandı
Üzümü çevirdim, fikir vermədim
Deyəsən qızardım, üzüm allandı
Bir kəlmə söz belə deyə bilmədim…
***
Deyirlər, evlənib gəlin olmusan
Kiminsə evində yuva qurmusan
Bir azca dəyişib, bir az solmusan..
Niyəsin soruşub, dinə bilmədim..
***
Unutmaq çətinmiş ilk məhəbbəti
Apardın ömrümdən sən səadəti
Axtardım bu eşqdə mən qəbahəti
Səndən böyük bir səhv, tapa bilmədim
***
Sən yuxu kimisən, oyandım qəflət
Onsuzda qəlbimə gəlmişdin xəlvət
Bir gün sən də məntək yanacan əlbət
Deyəcəm qədrimi bilə bilmədin.





Bir şərh yazın