Mən sənə toxuna bilmərəm…
Əllərimdə siqar ətri
Alnımda tər damcıları..
Gözlərim yorğun..
Neçə-neçə əllərin izi var məndə
və neçə-neçə bədənlər..
Qarğışlar, yalvarışlar, Pozulmuş andlar…
Pıçıltılar, göz yaşları, xəyanətlər.
Ruhu dağınıq biriyəm mən..
Bəlkə də ruhu olmayan…
Saçlarınla as bu bədəni
və basdır ən dərin quyularda…
Sənə toxuna bilmərəm, qadın..
Mən kirli…
Sən təmiz…
Olmaz, qadın…

Bir şərh yazın