Sən yenə gedirsən sağollaşmadan,
Yenə əllərimi boş buraxırsan.
Yaşanan bir xırda xoşbəxt an kimi
Gözümün önündən uzaqlaşırsan.
 
Sən yenə gedirsən heç dayanmadan.
Sanki mənsizliyi qovalayırsan.
Bir dəfə arxaya çönüb baxmadan,
Elə bil düşmanam, məndən qaçırsan.

Bir şərh yazın