Sarı qıvrım saçlarını səliqəsizcə toplamışdı. Bir teli həmişəki kimi sağ yanağına toxunurdu. Qara qələm çəkilmiş gözlərində izahı mümkün olmayan bəsit və eyni zamanda dərin mənalar gizli idi. Onu o edən heç bir özəlliyi yox idi sanki. O, hər hansı bir əşyadan fərqsiz idi insanların gözlərində və əllərində. Pillələri qalxa-qalxa düşünürdü. Zamanı düşünürdü və oynayacağı oyunu düşünürdü.. Bu gecə heç kim ona heç nə ödəməyəcəkdi. Yavaşca qapıya yaxınlaşdı. Açarı saldı və içəri girdi. Yatağa baxdı gülümsədi.. İstehza dolu bir gülümsəmə qondu dodaqlarına. Bu gecə müştəri yox idi. Çünki bu gecə o özü müştəri idi..
Qırmızı uzun əlbisəsinin ətəyini qaldırıb otağın tən ortasında fırlanmağa başladı. O bilmədi amma bir damla yaş süzülüb o an yerə düşdü. Dayandı və bir qədəh şərab süzdü badəsinə. İçdi bütün günahlarının şərəfinə. Onu heç edən insanlığa, öz taleyinə, bəlkə də bu gecə ilk dəfə öz şərəfinə içdi o şərabı. Təhnalığı zümzümə etdi çatlamış dodaqları ilə..
Dırnaqlarında yarı qopmuş qırmızı boyaları, Sarı saçlarına hopmuş siqaret qoxusu…Çağırdığı qonağı gözləyirdi.
Dünya bu gün susacaqdı və bir otel otağında bir qadın ölümlə sevişəcəkdi…
Nə böyük xoşbəxtlik…
Bu gün bir fahişə öləcəkdi….





Bir şərh yazın