Məndən ona xəbər apar, a yolçu,
de ki, “gözlərimi heç çəkməmişəm.
Saçıma qar düşüb, amma ki heç vaxt,
güvəndiyi dağa qar tökməmişəm”
De ki, “baharımdan xəbərim yoxdur,
Ömrümün qışını yaşayıram mən.
Qəlbimdə qoyduğu ağrı nədir ki?
İllərin yükünü daşıyıram mən”.
De ki, “qurban deyib gəldiyin yola
Eləcə üzünü görmək istəyir.
Sonra qayıdarsan, sən öz yuvana
Əzrail tələsir, bir can istəyir”…





Bir şərh yazın