Getməyə tələsmə, onsuz da gülüm,
Yenidən geriyə qayıdacaqsan.
Aylarla, illərlə işim yox mənim,
Başına döyəndə, qayıdacaqsan.
***
Kölgədən qaçırsan, gün yandıracaq,
Yalanlar zəhəri bal sandıracaq,
Şirin dil aldadıb, yol azdıracaq,
Saçını yolaraq, qayıdacaqsan.
***
Sevgi dilənçisi olacaq qəlbin,
Dolacaq gözlərin, susacaq dilin,
Soyuqdan donanda incə əllərin,
Əlimi tutmaqçün qayıdacaqsan.
 
 

Bir şərh yazın