Mən səni silmişəm, yazmaram daha
Adını ömrümün bəxt dəftərinə.
Bağlıdır qəlbimin taxta qapısı..
Düşmərəm bir daha eşq qəflətinə..
Sanma ki, qürurum sənə pay olar
Ayağın altında rüsvay, xar olar.
İri qaya olar, uca dağ olar.
Düşər yollarının hər kəsəyinə

Bir şərh yazın