Yenə kölgələrlə görüşümüz var
Bir küçə tinində, işıq altında
Danışıb, deyəsi söhbətimiz var,
Axşam tərəfləri saat altıda.
 
Deyirlər xatirəm orda qalıbdır,
Bir də səndən qalan sevgi izlərim,
Yır-yığış etməyə çağırır məni,
Küçədə gizlənən dost kölgələrim
 
Gizlənqaç oynadıq bəlkə, bilmirəm
Bəlkə də bir az da səndən danışdıq.
Kölgələr bilərmi, soruşsam əgər,
Görəsən biz niyə belə ayrıldıq?
 
Yenə kölgələrlə görüşümüz var
Bir küçə tinində, işıq altında
Göylərə edəsi səfərimiz var,
Axşam tərəfləri saat altıda.

One response to “kölgə dostlar”

  1. Ugurlar Gunel xanim

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın