Qadın, niyə pozursan ki səssizliyimi?
Danışsam kəsəcək sözlərim səni.
Qılınc yarasına bənzəməyəcək,
Yandırıb yaxacaq incə qəlbini.

Suallar verirsən, durmaq bilmədən.
Nəyi eşitməyi ümid edirsən?
Mən susub səninlə danışmadıqca,
Üstümə şığıyıb, “danış” deyirsən.

Söylə nə danışım? həqiqət acı!
Şirin yalanlara alışmısan sən
Xəyanət qoxusu gəlir üstümdən
Gözlərim danışır, sözü neynirsən?

Əl çək qurban olum, soruşma heçnə
İzn ver gözündə hörmətim qalsın
Mən dara çəkərəm öz mənliyimi
Qoymaram əllərin qana bulansın.

Bir şərh yazın