Deyirəm getməyə vaxt tapdın da sən,
Evimiz onsuz da soyuq olurdu
Qalaydın bu qışı yola verəydik
Bəlkə yaz gələndə fikrin dönərdi
Yenə də ürəyin məni sevərdi..


Deyirəm heç olmasa bir çay içərdik,
Sonra yığışardın, nə tələsirdin?
Yol yenə həmin yol, çantan qapıda.
Bəlkə çaydan sonra yuxun gələrdi
başın dizim üstə mürgüləyərdi

Bir şərh yazın