Deyəsən, yolunu azmısan, yenə
Qayıdıb gəlmisən bu köhnə evə.
Yoxumdur çörəyim verim mən sənə,
Qurumuş torpağam, pay istəyirsən?
Səhraya dönmüşəm, su istəyirsən?

Bura viranədir, ölülər yaşar,
Çayların yerinə göz yaşı axar,
Xoşbəxtlik gen gəzər, uzaqdan qaçar
Sən də dalısıyca qaç, istəyirsən.
San ki, kəpənəkdir, tut istəyirsən.

Sən mənə toxuma, yaralı quşam.
Qarlardır yorğanım, dağlardır yuvam.
Qaşıma qanayar, sağalmaz yaram,
Düşmansanmı mənə qan istəyirsən?
Dərmanın yoxdursa, get istəyirsən.

Küsgünəm göydəki uçan durnaya,
Sözümə baxmayan qələm kağıza.
Ömrümdən getməyən sarı payıza
Söylə ki, bədbəxtdən nə istəyirsən?
Bircə canı qalıb, can istəyirsən?

Bir şərh yazın