Badə-badə süzərəm
qədəhlərə mən səni,
sonra içib gəzərəm
küçələrdə izini,
Adıma ad qoşarlar,
dəli deyib keçərlər,
bu qədər gözəl olma
Məndən də çox sevərlər…

Kitablarda saxlaram
qurumuş çiçək kimi,
Hərdən açıb baxaram
Xatırlaram ətrini..
Səni gizləyərəm mən
pencəyimin cibində..
İnan hamı istəyər olmaq
sənin yerində…

Şeir yazaram sənə
mənə aşiq olarsan…
elə baxaram inan,
gözümdən utanarsan….
Saçından kirpiyindən
asılaram mən sənin,
Necə dözür bilmirəm
bu sevgiyə ürəyim…

“Bu qədər gözəl olma” üçün bir cavab

  1. Günel Fərhadqızı (Gunel Farkhad Emin) Avatar
    Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Bir şərh yazın