Sən düşmə bu oda yanarsan, qadın,
Məhəbbət sönməyən vulkan kimidir.
Aldanma sözümə, aldanma mənə,
Şirin dil yuvasız ilan kimidir…

Qoyma ürəyinə sevgi yol tapsın,
Taleyin sevinci kədərə satsın,
Bu eşqin, sevginin qoy başı batsın,
İnsan rəzil edən şərab kimidir.

Sevgi ürəyinə ağır yük olar,
Gözlərin buludtək dolub, boşalar.
Ağlın uzaqlaşar səni tək qoyar,
Elə bil qəlbinə düşman kimidir…

Mən sevərəm səni, əziyyət çəkmə,
Qəlbini incitmə, əmanət vermə.
Çəkərəm bu dərdi, düşərəm qəmə,
Sevgi qurtuluşsuz tələ kimidir…
Sevən insan sanki ölü kimidir..

Bir şərh yazın