Nə sənlə alınır, nə də ki sənsiz,
Dilimə yapışan yalan kimisən,
Sənə inanmıram, sənsiz qalmıram,
Ovcumun içində bir fal kimisən…

Ətrinlə məst edib, ağlım alırsan,
Hərdən ağladırsan, haldan salırsan,
Badədən süzülüb qəlbə dalırsan,
Məni sərxoş edən şərab kimisən….

Bir şərh yazın